Rəhimov karyerasını bitirən futbolçunu klubuna dəvət etdi

Rəhimov karyerasını bitirən futbolçunu klubuna dəvət etdi

"Rubin"in baş məşqçisi Rəşid Rəhimov "Liverpul"un və Kamerun millisinin sabiq müdafiəçisi Coel Matipi komandasına dəvət edib. 

Fanat.Az xəbər verir ki, bu iddia ilə "BUSINESS Online" çıxış edib.

Xəbərə görə, Matipi çoxdan tanıyan Rəhimov onu Kazan klubuna dəvət etsə də, kamerunlu bu təklifdən imtina edib.

Qeyd edək ki, Matip keçən yay 8 il formasını geyindiyi "Liverpul"dan ayrılaraq futbolçu karyerasını başa vurub. 33 yaşlı Coel hazırda "Şalke"nin strukturunda çalışır.

Coel Matip mersisaydlıların heyətində 201 oyun keçirib və 11 qol vurub. Mərkəz müdafiəçisi “qırmızılar”ın heyətində İngiltərə çempionu olub, ölkə kubokunu və Çempionlar Liqasını qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər