"Real"ın ulduzu uğrunda transfer savaşı başladı - 80 milyon avro

"Real"ın ulduzu uğrunda transfer savaşı başladı - 80 milyon avro
"Çelsi" "Real"ın futbolçusu İskoya elçi düşüb.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, London klubu ispanlarla 2022ci ilədək müqaviləsi olan futbolçu üçün 80 milyon avro təklif etməyə hazırlaşır. Futbolçunun özünə isə 4,5 illik müqavilə və həftəlik 250 min funt-sterlinq (277 min avro) maaş təklif olunacaq. 
"The Sun" iddia edir ki, İskonu "Mançester Yunayted" də istəyir. İtaliyanın "Calciomercato" saytı isə "Yuventus"un artıq bu futbolçu ilə danışıqlara başladığını yzıb. 
Qeyd edək ki, İsko bu mövsüm "Real"da 17 rəsmi oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər