"Real"ın 2 futbolçusu klubun müqavilə təklifini geri çevirdi - SON DURUM

"Real"ın 2 futbolçusu klubun müqavilə təklifini geri çevirdi - SON DURUM
Madrid "Real"ı müdafiəçisi Serxio Ramos və yarımmüdafiəçisi Lukas Vaskeslə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, hər iki oyunçu Madrid klubunun bu yaxınlarda etdiyi son təklifi də geri çevirib.
Danışıqların davam etdirildiyini açıqlayan mənbə sözügedən oyunçuların şərtlərin yaxşılaşdırılmasını istədiklərini vurğulayıb və bu gedişlə, klubun hər iki futbolçunu itirəcəyini qabardıb.
Qeyd edək ki, Ramos və Vaskesin İspaniya nəhəngi ilə olan müqavilələrinin müddəti bu yay bitəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər