"Real"dan ayrılan Benzema yeni klubu ilə müqavilə bağladı

"Real"dan ayrılan Benzema yeni klubu ilə müqavilə bağladı

"Real Madrid"dən ayrılan Kərim Benzemanın yeni klubu ilə münasibətləri rəsmiləşdiridiyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, Benzema Səudiyyə Ərəbistanının son çempionu  "Əl-İttihad"la 2 illik müqavilə bağlayıb. Müqavilədə tərəflərin sonradan anlaşma müddətini daha 1 illiyə uzatmasının da nəzərdə tutulduğu vurğulanıb. Mənbə Əlcəzair əsilli fransalının Madriddə azarkeşlərlə vidalaşandan sonra Səudiyyə Ərəbistanına yollanacağını bildirib.

Qeyd edək ki, "Real"da 14 mövsüm keçirən Benzema İspaniya nəhənginin forması ilə ümumilikdə 647 matça çıxaraq 353 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər