"Real"dan 115 milyonluq transfer

"Real"dan 115 milyonluq transfer
"Real"ın prezidenti Florentino Peres "Liverpul"dan Sadio Maneni transfer etmək istəyir.
Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, klub rəhbəri bu transfer üçün İngiltərə klubuna 115 milyon avro ödəmək niyyətindədi. Peresin ötən yayda da seneqallı ulduzu transfer etməyə çalışdığı bildirilir. 
Qeyd edək ki, Mane 2016-cı ilin yayında "Sautqempton"dan "Liverpul"a 41,2 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 70 milyon avro qiymət qoyduğu 26 yaşlı forvard cari mövsümdə forma geyindiyi 13 rəsmi matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər