"Real"a transfer olunmaq istəyən ulduzla bağlı şok qərar

"Real"a transfer olunmaq istəyən ulduzla bağlı şok qərar
Milan "İnter"i Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Rapid"lə oynanılacaq matç ərəfəsində iştirak ərizəsini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Mauro İkardinin adı siyahıya daxil edilməyib. "İnter" tərəfi qərarın səbəbi barədə açıqlama verməyib.
Qeyd edək ki, "İnter" bu gün kapitanlıq sarğısının İkardidən alınıb, Samir Handanoviçə verildiyinə dair rəsmi açıqlama yaymışdı. Argentinalı hücumçu ətrafında baş verən son hadisələrin yeni müqavilə ilə bağlı aparılan danışıqlar prosesinin gedişində yaranan problemlərlə əlaqəli olduğu ehtimal edilir. Onun "Real"a keçmək istədiyi deyilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər