"Barselona" və Madrid "Real"ının əfsanəvi futbolçuları İsraildə matça çıxacaq.
Fanat.Az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, oyun iyulun 20-də "Blumfild" stadionunda keçiriləcək.
"Barsa"nın heyətində Ronaldinyo, Deku, Qaiska Mendyeta, Xavyer Saviola, Ronald de Bur və başqa karyerasını bitirmiş ulduzların yer alacağı bildirilib.
Atilla