"Real Madrid" rəhbərliyi bu yay ediləcək transferlərə böyük maliyyə ayırıb.
Fanat.Az xəbər verir ki, "Goal" Madrid təmsilçisinin səviyyəli futbolçuların heyətə cəlb edilməsinə 408 milyon avro xərcləməyi planlaşdırdığını vurğulayıb.
Mənbə Çempionlar Liqasının son qalibinin həm bu turnirdən gələn 160 milyon avro gəlir, həm də Qaret Beyl, Marselo, İsko kimi yüksək ödənişli futbolçular getdiyi üçün maliyyə vəziyyətini qaydaya saldığını açıqlayıb.
İspaniya nəhənginin 2022/2023 mövsümündə 740 milyon avro maaş büdcəsi ilə fəaliyyət göstərəcəyi bildirilib.
Nihat