"Real" "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardı transfer etməyə yaxındı.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, artıq klublar belçikalı futbolçunun transferini razılaşdırıb. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
28 yaşlı oyunçunun şəhəri tanımaq və orada özünə ev tapmaq üçün Madridə getmək istədiyi bildirilir.
Qeyd edək ki, "Real"ın Hazarda görə "Çelsi"yə təxminən 100 milyon avro təzminat ödəyəcəyi iddia olunur.
Fanat.Az