"Real" "Liverpul"la anlaşdı?

"Real" "Liverpul"la anlaşdı?

"Real Madrid"in futbolçusu Federiko Valverde karyerasını İngiltərədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 

Xəbərə görə, uruqvaylı yarımmüdafiəçini "Liverpul" heyətinə cəlb etmək niyyətindədir.

Bir müddət öncə Valverde üçün 70 milyon təklif edən "mersisaydlılar" məbləği 20 milyon artıraraq 90 milyon avro ödəməyə hazırdır. Bu səbəbdən kral klubu keçidə razılıq verir. Lakin Federiko Valverdenin özünün bu transferə razı olub-olmayacağı hələ sual altındadır. 

Qeyd edək ki, Uruqvay millisinin 24 yaşlı üzvü 2016-ci ildən "Real Madrid"də çıxış edir. 126 oyunda meydana çıxan futbolçu 12 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər