"Real" ilk transferini açıqladı - RƏSMİ

"Real" ilk transferini açıqladı - RƏSMİ
"Real" klubu heyətinə yeni futbolçu cəlb edib. 
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın "Ayntraxt” (Frankfurt) klubundan Luka Yoviçlə anlaşma əldə olunub. Serbiyalı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. 22 yaşlı hücumçunun 2025-ci il iyunun 30-dək Madrid təmsilçisində çıxış edəcəyi bildirilir. 
"Real"ın bu transfer üçün "Ayntraxt"a 60 milyon avro ödəyəcəyi deyilir.
Qeyd edək ki, Luka Yoviç ötən mövsüm keçirdiyi 48 oyunda 27 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər