"Real" "Lion"un futbolçusu Nabil Fekiri heyətinə qatmaq istəyir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Madid klubu Əlcəzair əsilli fransalı yarımmüdafiəçi üçün təklif göndərib.
Fransa klubu ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan futbolçu ilə "Bavariya" və "Çelsi" də yaxından maraqlanır. "Real"ın 25 yaşlı futbolçuya görə təklif etdiyi məbləğ açıqlanmır.
Qeyd edək ki, Nabil Fekir cari mövsümdə keçirdiyi 17 oyuna 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az