İspaniya La Liqasının XXX turunda "Barselona” ilə matç "Real” üçün xüsusi olub.
Fanat.Az "Gracenote”a istinadən xəbər verir ki, "Kral Klubu” əzəli rəqibi üzərində bütün turnirlərdə ardıcıl 3-cü qələbəsini qazanıb (2:1). Madrid təmsilçisi son dəfə belə nəticəni 43 il əvvəl 1977/78 mövsümündə göstərib.
Qeyd edək ki, "Real” bu qalibiyyətdən sonra xallarının sayını 66-ya çatdırıb və turnir cədvəlində liderdir.