"Mançester Siti"nin gənc istedadı Brahim Diaz İspaniyaya transfer olunur.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu "Real"ın təklifini qəbul edib.
Qeyd edək ki, Brahim Diaz 2013-cü ildə "Malaqa"dan "Mançester Siti"yə 350 min avroya transfer olunub. Hazırda "Transfermarkt" 19 yaşlı yarımmüdafiəçiyə 5 milyon avro qiymət qoyub.
Fanat.Az