1-ci Liqa təmsilçisi "Mingəçevir"lə 1+1 illik müqavilə bağlamasına rəğmən, baş məşqçi Ramiz Məmmədovun heyətdə görmək istəmədiyi Rüstəm Nuriyevin yeni iş yeri dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, müdafiəçi və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edə bilən 25 yaşlı oyunçu "Quba" ilə müqavilə bağlayıb.
Ötən mövsüm "Zaqatala"nın uğurları üçün çalışan Rüstəm hazırda "Quba"nın düşərgəsindədir və məşqlərdə iştirak edir.
Xatırladaq ki, ötən mövsüm 2-ci Liqada "Haypers Quba" adı ilə mübarizə aparan komanda 4-cü yeri tutaraq 1-ci Liqanı 9-cu pillədə tamamlayan "Difai" ilə pley-off oynayıb. 1:3 hesablı qələbə qazanan "Difai" 1-ci Liqadakı yerini qoruyub.
Nihat