Ramil Şeydayevin transfer qiyməti artdı

Ramil Şeydayevin transfer qiyməti artdı
Rusiyanın "Krılya Sovetov" klubunda çıxış edən Milli komandamızın üzvü Ramil Şeydayevin transfer qiyməti artıb.
Fanat.Az xəbər verir ki, "Transfermarkt"ın dəyərləndirməsinə görə, 23 yaşlı hücumçunun transfer dəyəri 1,2 milyon avrodu. Bundan əvvəl isə ona 1 milyon avro qiymət qoyulmuşdu.
Bununla da Ramil Şeydayev millimizin ən bahalı 5 futbolusundan biri olub. Yığmanın ən dəyərli futbolçusu "Qarabağ"da çıxış edən Riçard Almeydadı. Ona 1,6 milyon avro qiymət qoyulub. Digər "Qarabağ"lı Maksim Medvedevin 1,3 milyon avro qiyməti var. Ramillə birlikdə 3-5-ci pillələri  bölüşən "Qarabağ"lılar - Mahir Emreli və Bədavi Hüseynova isə 1,2 milyon avro qiymət qoyulub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər