Ramil Şeydayev yeni hücumçunun transferindən danışdı

Ramil Şeydayev yeni hücumçunun transferindən danışdı
"İlk qələbəmizi qazanmağımız xoşdu. Buna görə sevinirik. Amma indi çox məşq etməli və növbəti oyunlara hazırlaşmalıyıq".
Fanat.Az xəbər verir ki, bu sözləri Moskva "Dinamo"sunun futbolçusu Ramil Şeydayev  deyib.
Millimizin üzvü Rusiya Premyer Liqasında ilk qələbələrini və komandanın hücum xəttinin möhkəmləndirmə ehtimalını şərh edib: "Yeni hücumçu axtarışları haqda nə düşünürəm? Bu normaldı. Komandada rəqabət olmalıdı".
Qeyd edək ki, Şeydayev 3-cü turda "Ural"a qalib (2:0) gəldikləri matçda gözəl oyun nümayiş etdirib və komandasının ikinci qolunun ötürməsini verib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər