Radovan Curçiç: "Futbolçularım plana uyğun oynamadılar"

Radovan Curçiç: "Futbolçularım plana uyğun oynamadılar"
"Komandam oyuna çox yaxşı başladı. Hesabı da biz açdıq. Birinci hissənin ortalarından etibarən futbolçularım oyun planına uyğun oynamadılar. Xüsusilə, yarımmüdafiədə yol verdiyimiz ciddi səhvlər Azərbaycan millisinin qol vurması ilə nəticələndi". Fanat.az xəbər verir ki, bu sözləri millimizlə oyundan (4:1) sonra Serbiya yığmasının baş məşqçisi Radovan Curçiç deyib.
Rəqib çalışdırıcı fasilədən sonra daha yaxşı oynadıqlarını bildirib: "Fasilədən sonra artıq istədiyimiz oyunu göstərməyə başladıq. Meydana sonradan daxil olan futbolçular da oyuna yaxşı qoşuldular. Bu qarşılaşma bizim üçün hazırlıq baxımından əhəmiyyətli idi və səmərəli oldu. Qarşıda bizi Kopenhagendə Danimarka millisi ilə vacib oyun gözləyir. İnanıram ki, həmin oyunda da futbolçularım bu gün ikinci hissədə oynadığı kimi çıxış edəcək və qələbə qazana biləcəyik".
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər