Qvardiola De Bröynenin yerinə bu futbolçunu almaq istəyir

Qvardiola De Bröynenin yerinə bu futbolçunu almaq istəyir

"Mançester Siti" cari mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Kevin De Bröyneyə potensial əvəzləyici tapıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Xəbərə görə, bu, "Leyptsiq"in 21 yaşlı yarımmüdafiəçisi Xavi Simonsdur. Qvardiolanın niderlandlı oyunçunun performansını şəxsən bəyəndiyi vurğulanıb. Mənbə Almaniya təmsilçisinin bu transferdən 100 milyon avro qazanmaq istədiyi bildirib.

Xatırladaq ki, "Leyptsiq" daha öncə icarə əsasında formasını geyinən Simonsu bu qış 80 milyon avro qarşılığında PSJ-dən transfer edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər