"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"nın hücumçusu Antuan Qrizmannla telefonla danışıb və onun mümkün transferini özü ilə müzakirə edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Mənbə Qvardiolanın fransalı oyunçuya alternativ variant gözüylə baxdığını vurğulayıb.
Səbəb "Tottenhem"in "şəhərlilər"in istədiyi ulduz hücumçunu - Harri Keyni 100 milyon fun (116 milyon avro) satmamasıdır. Hotspurluların daha çox pul istədiyi üçün MS bossları qismən münasib variantları nəzərdən keçirmək məcburiyyətində qalıb.
Atilla