"Qürur hissi keçirirəm" - Blessin "Liverpul" üzərində qələbəni şərh etdi

"Qürur hissi keçirirəm" - Blessin "Liverpul" üzərində qələbəni şərh etdi

Belçikanın "Yunion" klubunun baş məşqçisi Aleksander Blessin UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda evdə "Liverpul" üzərində qazandıqları (2:1) qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun dediklərini belə çatdırıb:

"Bu, "Liverpul"dur! Hə, onların start heyətdə çox dəyişikliklər etdiyini deyə bilərsiniz, amma bu, yenə də "Liverpul"dur. Sehrli axşam yaratmaq istəyirdik və bunu etdik. Azarkeşlərimizin sevinməsi bizim üçün çox şeydir. Qələbəyə görə şadam. Azarkeşlər və komanda və klub üçün böyük hadisədir. Qürur hissi keçirirəm".

Qeyd edək ki, "Yunion" E qrupunu 8 xalla 3-cü pillədə başa vurub. Blessinin komandası Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər