Qurban Qurbanov yeni müqavilə imzaladı

Qurban Qurbanov yeni müqavilə imzaladı

"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqaviləsinin müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. O, bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. "Köhlən atlar" ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.

Qurban Qurbanov yeni müqavilə imzaladıQurban Qurbanov yeni müqavilə imzaladı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər