Qurban Qurbanov: "Futbolçularım düzgün düşünə bilmirdi"

Qurban Qurbanov: "Futbolçularım düzgün düşünə bilmirdi"

Qurban Qurbanov "Bakı" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi yetirmələrindən narazı qalıb: 

"Oyunda qol epizodlarımız oldu. Amma yorğunluq hiss olunurdu. Matça yaxşı hazırlaşa bilməmişdik. "Bakı" bu gün bizdən xal aldı. Futbolçuların üzərinə çox getmək istəmirəm. Matçın gedişində hər şey görünürdü. Futbolçularım düzgün düşünə bilmirdi. İndi əsas məqsəd oyunçuları yaxşı vəziyyətə gətirməliyik. Hücumda müəyyən problemlərimiz var. İstədiyimiz dəyişiklikləri edə bilmirik. Sizinlə danışmalı çox məsələ yoxdu. Futbolçularla isə çox məsələni danışmalıyıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər