"Özümüzə həddindən artıq güvənirdik" - Ten Haq futbolçuları qınadı

"Özümüzə həddindən artıq güvənirdik" - Ten Haq futbolçuları qınadı

Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda evdə "Tvente" ilə heç-heçə edən (1:1) "Mançester Yunayted"in baş məşqçisi Eerik ten Haq oyunu dəyərləndirib:

Fanat.Az xəbər verir ki, "The Guardian" niderlandlı mütəxəssisin sözlərini belə çatdırıb:

"Biz hədəfləri olan komandayıq. Hədəflərin varsa, nəyə qadir olduğunu meydanda isbatlamalısan. "Tvente" ilə oyunun ikinci yarısında da belə etməliydik. Özümüzə həddindən artıq güvənirdik. Oyunu istədiyimiz şəkildə bitirməli olduğumuz halda, bunu edə bilmədik. 

Bu komandanın yaxşı mentaliteti var. İşimizin nə dərəcədə yaxşı səviyyədə olduğunu bir sıra matçlarda görmüşəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər