"Simurq"dan ayrılan Draqan Çeranın yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, serb futbolçu Səudiyyə Ərəbistanın "Əl-Hajer" klubuna keçib.
Bu barədə onun menecerliyi ilə məşğul olan "Stars Sport Management" şirkəti "Facebook"da məlumat yayıb.
Qeyd edək ki, Çeranın хidmətində "Xəzər Lənkəran" maraqlı idi. Hətta serb futbolçu Lənkəran klubuna şifahi razılıq da vermişdi.
Çeran "Simurq"un heyətində keçirdiyi 63 oyunda 31 qol vurub.


Fanat.az