"Xəzər Lənkəran"ın sabiq futbolçusu həbs olunacaq?

"Xəzər Lənkəran"ın sabiq futbolçusu həbs olunacaq?

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Ahmet Dursun qalmaqallı hadisə ilə gündəbə gəlib. Fanat.az xəbər verir ki, 37 yaşlı sabiq hücumçu həbs oluna bilər.

Hande C. adlı qadın avtomobilini Ahmet Dursunun işlətdiyi şirniyyat evinin qarşısında saxlayıb. Keçmiş futbolçu qadından avtomobili kənarda saxlamağı xahiş etdikdə isə xanım onu təhqir edib. Əsəblərini cilovlaya bilməyən Dursun ona "Şizofren qadın" deyib.

Bu qalmaqal nəticəsində hər iki tərəf məhkəməyə müraciət edib. Məhkəmədə Hande C-nin təhqir iddiasıyla 2 ilə qədər, Ahmet Dursunun isə iki aydan iki ilə qədər həbs olunması istənilib. 

Qeyd edək ki, 3 dəfə Türkiyə millisinin formasını geyinən Ahmet Dursun 2009-10-cu il mövsümündə "Xəzər Lənkəran"ın şərəfini qoruyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər