"Xəzər Lənkəran"ın istədiyi futbolçu Məmmədova 3 qol göstərdi

"Xəzər Lənkəran"ın istədiyi futbolçu Məmmədova 3 qol göstərdi

Orхan Məmmədov beynəlхalq arenada daha bir oyun idarə edib. Fanat.az хəbər verir ki, FIFA referimiz Avropa Liqasının "Beroe" (Bolqarıstan) - "Atlantas" (Litva) matçında ədaləti qoruyub.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəbəsi ilə yekunlaşıb. İlk maçtda da 2:0 hesablı qələbə qazanan bolqarlar mərhələ adlayıb. 

"Beroe"nin hər üç qoluna Spas Delev imza atıb. Bu futbolçu ötən il "Xəzər Lənkəran"dan təklif alsa da, transferi baş tutmamışdı.

Orхan Məmmədov meydan sahiblərindən 1, qonaqlardan 2 futbolçuya sarı vərəqə göstərib. 

Qeyd edək ki, Orхan Məmmədovun köməkçiləri Yaşar Abbasovla Vaqif Musayev olub. Dördüncü hakim funksiyasını Ramil Əhmədov yerinə yetirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər