"Xəzər Lənkəran"ın istədiyi daha bir futbolçu müəyyənləşdi

"Xəzər Lənkəran"ın istədiyi daha bir futbolçu müəyyənləşdi

"Xəzər Lənkəran"ın transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu Brüs Abdulayeni heyətinə qatmaq istəyir.

Konqo əsilli Fransalı futbolçuya "İnter" də yeni müqavilə təklif edib. Lakin "Xəzər Lənkəran"ın təklif etdiyi müqavilənin maliyyə şərtləri daha cəlbedicidi. Abdulaye "İnter"dən gedəcəyi halda Lənkəran klubuna üz tutacaq.

Qeyd edək ki, Brüs 2012/13 mövsümündən "İnter"də çıxış edir. Ölkəmizə Fransanın "Mets" klubundan gələn 32 yaşlı müdafiəçi 73 rəsmi oyunda 2 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər