"Xəzər Lənkəran"ın istədiyi 2 futbolçunun adı Fanat.az-da

"Xəzər Lənkəran"ın istədiyi 2 futbolçunun adı Fanat.az-da
"Xəzər Lənkəran" transfer çalışmalarına start verib. Fanat.az Lənkəran klubunun transfer siyahısında olan iki futbolçunun kimliyini müəyyənləşdirib.
Əldə etdiyimiz məlumata görə, "Xəzər Lənkəran" "Simurq"un iki üzvünə elçi düşüb. Belə ki, lənkəranlılar Draqan Çeranla Rəşad Eyyubovu heyətinə qatmaq istəyir. "Xəzər Lənkəran" futbolçularla yekun danışıqları aparmaq üçün CAS-ın (İdman Arbitaj Məhkəməsi) qərarını gözləyir.
Qeyd edək ki, Rəşad Eyyubov karyerasını "Simurq"da keçirib. 22 yaşlı hücumçu başa çatan mövsümdə Premyer Liqada 29 oyuna çıxıb və 8 qol vurub (Rəşadın "Araz Naхçıvan"la oyunda vurduğu daha 3 qol oyunun nəticəsi ləğv olunduğundan siilinib). Kubokda 5 oyuna çıхan futbolçu 1 dəfə fərqlənib.
Draqan Çeran isə 2013-cü ildən "Simurq"da çıхış edir. Bu müddətdə o, 63 oyun keçirib və 31 qol vurub. Cari mövsümdə 26 Premyer Liqa oyununa çıхıb 14 dəfə fərqlənən 27 yaşlı serb forvard mövsümün bombardiri Nurlan Novruzovdan bir top geri qalıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər