"Xəzər Lənkəran"ın futbolçusuna 2 oyunluq cəza

"Xəzər Lənkəran"ın futbolçusuna 2 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlər arasında ölkə çempionatının X və XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

X turda "Xəzər Lənkəran"ın futbolçusu Elşən Rzazadə "Sumqayıt"la matçda, "Bakı"nın futbolçusu Sənan Bayramzadə isə "Neftçi" ilə oyunda idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Hər iki oyunçu 1 oyun cəzalandırılıb, klubları 200 manat cərimə edilib.

XI turda isə “Xəzər Lənkəran”ın futbolçusu İlyas Səfərzadə "Simurq"la matçda kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandrılıb, klubu 1000 manat cərimə edilib. 

"Simurq"la AZAL isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 500 manat cərimələnib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər