"Xəzər Lənkəran"ın futbolçusu Subotiçlə bir yerdə - FOTO

"Xəzər Lənkəran"ın futbolçusu Subotiçlə bir yerdə - FOTO
"Xəzər Lənkəran"dan ayrılan Alvaro Silvanın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, ispan futbolçu Küveyt çempionatında çıxış edəcək.
Belə ki, Silva "Qəbələ"dən ayrılan Daniel Subotiçin müqavilə bağladığı "Qadsia" klubuna keçib. Hər iki futbolçu artıq rəsmi müqaviləni imzalayıb.
Qeyd edək ki, "Xəzər Lənkəran"a 2012/13 mövsümünün qış fasiləsində gələn Silva 51 oyunda 2 qol vurub. 30 yaşlı müdafiəçi əvvəllər İspaniyanın "Malaqa", "Marbella",  "Xeres", "Kadis" və Rumıniyanın "Petrolul" klublarında çıxış edib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər