"Xəzər Lənkəran"ın futbolçusu mövsümü bitirdi

"Xəzər Lənkəran"ın futbolçusu mövsümü bitirdi

"Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanov üçün mövsüm bitib. Bu barədə Fanat.az-a klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

AZAL-la oyunda iştirak etməyən hücumçunun zədəsi ciddidi. Hüseyn Cəbrayıloğlu bildirib ki, Ağabala son iki turun oyununda meydana çıхa bilməyəcək. "Xəzər Lənkəran" 35-ci turda "Sumqayıt"ın qonağı olacaq, son turda "Simurq"u qəbul edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər