AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XXVII və XXVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
XXVII tura görə yalnız "Simurq" cəzalanıb. AZAL-la oyunda oyunda 5 futbolçusu sarı vərəqə alan Zaqatala klubu 1000 manat ziyana düşüb.
XXVIII turun “İnter” - “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində qonaq komandanın futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. AFFA onu 2 oyun cəzalandırıb, klubu 1000 manat cərimə edib.
AZAL isə "Qəbələ" ilə oyunda 6 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə olunub.
Fanat.az