"Xəzər Lənkəran"dan qovulan futbolçu türk klubunda

"Xəzər Lənkəran"dan qovulan futbolçu türk klubunda
"Xəzər Lənkəran"dan ayrılan Mbilla Etame özünə yeni klub tapıb. Fanat.az xəbər verir ki, kamerunlu futbolçu Türkiyə çempionatına qayıdıb.
Belə ki, Etame "Samsunspor" klubuna keçib. Dünən axşam saatlarında İstanbula yollanan futbolçu ilə müqavilə imzalanıb.
Qeyd edək ki, ötən yay "Xəzər Lənkəran"a Türkiyənin "Adanaspor" klubundan gələn Mbilla ölkəmizdə 41 oyun keçirib və 15 qol vurub. Kamerunlu forvard "Simurq"la oyundan sonra komandadan qovulub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər