"Xəzər Lənkəran"dan qaçan futbolçu Türkiyədə

"Xəzər Lənkəran"dan qaçan futbolçu Türkiyədə

"Xəzər Lənkəran"ın daha bir sabiq üzvü özünə yeni klub tapıb. Fanat.az хəbər verir ki, Qalin İvanov karyerasını Türkiyədə davam etdirəcək.

Belə ki, bolqar futbolçu "Samsunspor"la müqavilə bağlayıb. PTT 1-ci liqa klubu onunla yanaşı, Eren Tozlunu da heyətinə qatıb. 

Qalin İvanov klubun rəsmi saytına açıqlamasında bildirib ki, "Xəzər Lənkəran"da birgə oynadıqları və hazırda "Samsunspor"un formasını geyinən Mbilla Etamedən klubla bağlı məlumat alıb: "Samsunspor" böyük klubdu. Bir müddətdi komandanı izləyirəm. Belə böyük bir klubda oynamaq məni həyacanlandırır. Bura uğur qazanmaq üçün gəlmişəm".

Qeyd edək ki, "Xəzər Lənkəran"da 15 oyun keçirib və 6 qol vuran İvanov qış fasiləsi başlamadan icazəsiz klubun düşərgəsini tərk etmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər