"Xəzər Lənkəran"dan ayrılan futbolçu Türkiyədə

"Xəzər Lənkəran"dan ayrılan futbolçu Türkiyədə
"Xəzər Lənkəran"la yollarını ayıran Alfred Sanko özünə yeni klub tapıb. Fanat.az хəbər verir ki, sierra-leoneli futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Türkiyə mətbuatının məlumatına görə, 2014/15 mövsümünün sonunda Super Liqadan PTT 1-ci liqaya yuvarlanan "Balıkesirspor" Sanko ilə anlaşma əldə edib. Onun yaхın günlərdə Balıkesirə yollanaraq tibbi müayinədən keçəcəyi və müqavilə imzalayacağı deyilir.
Qeyd edək ki, yayda Türkiyənin "Şanlıurfaspor" klubundan "Xəzər Lənkəran"a keçən Sanko 27 oyunda 2 qola imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər