"Xəzər Lənkəran"dan ayrılan futbol B Seriyasında

"Xəzər Lənkəran"dan ayrılan futbol B Seriyasında
"Xəzər Lənkəran"dan ayrılan Deyvid Sakkoninin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, Sakkoni B Seriyasında çıxış edən ABC klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. Sakkoni bu gündən komandanın məşqlərinə qatılacaq.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2013/14 mövsümündə "Xəzər Lənkəran"da 14 oyun keçirib, 752 dəqiqə oynayb və 2 qol vurub. O, əvvəllər Braziliyanın "Quarani", "Palmeyras", "Qoyas", "Qremio", "Nautiko", "Braqantino" və "Veqalta" klublarında çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər