"Xəzər Lənkəran" aparıcı futbolçusunu itirdi

"Xəzər Lənkəran" aparıcı futbolçusunu itirdi

 Milli komandaların toplanışı ilə əlaqədar ölkə çempionatında yaranan fasilə müddətində Bakıda hazırlığına start verən “Xəzər Lənkəran”, noyabrın 5-dən etibarən məşqlərini paytaxtda davam etdirməkdədir. Fanat.az xəbər verir ki, gündə iki dəfə olmaqla, səhərlər fiziki, axşam məşqində isə taktiki planda keçirilən məşqlərdə cənubluların iki futbolçusu Cahangir Həsənzadə və Ağabala Ramazanov tam olaraq iştirak edə bilmir.

Adıçəkilən futbolçular hazırda yüngül çalışmalarla  xüsusi planda zədələrini sağaltmağa cəlb olunublar. Son məşqdə Adrian Skarlatakenin ciddi zədələnməsi isə məşqçilər korpusunu qayğılandıran əsas məqamdır. Rumıniyalı futbolçu əzələ yırtığı səbəbi ilə üç həftə komandasına kömək edə bilməyəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər