"Xəzər Lənkəran" 5 futbolçuyla anlaşdı

"Xəzər Lənkəran" 5 futbolçuyla anlaşdı

Bu gün "Xəzər Lənkəran" akademiyasının bir neçə yetirməsi doğma klubu ilə karyerasının ilk peşəkar müqaviləsini bağlayıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Öz yaş qruplarında komandanın liderləri olan və mütəmadi olaraq milli komandalara dəvət alan yeniyetmələr artıq növbəti mövsümdən əvəzedici komandanın da iştirak ərizəsinə salınacaqlar. 

Futbol həyatının yeni mərhələsinə qədəm qoyan futbolçular "Xəzər Lənkəran" Gənclər İnkişaf Proqramının rəhbəri İlhan Akgül və əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədovun iştirakı ilə sözləşmələrə imza atıblar.

 

Müqavilə imzalayan futbolçular (şəkildə soldan sağa): Nurlan Fərəcli (04.09.2000-ci il), Yusif Həsənov (30.11.1999-cu il), İbrahim Qədirzadə (21.03.1999-cu il), Şamxal Sadıqov (01.03.1999-cu il), Sübhan Məmmədli (03.04.2000-ci il).

 

Qeyd edək ki, daha bir futbolçu - Xəqani Sadıqov (10.04.2000-ci il) - U-15 milli komandasının toplanışında olduğu üçün onunla müqavilə komandanın düşərgəsinə döndükdən sonra bağlanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər