"Valensiya"nın futbolçuları məşqə gələ bilmədilər

"Valensiya"nın futbolçuları məşqə gələ bilmədilər

"Valensiya"nın iki futbolçusu - stopper Yarek Qonsyorovski və sağ cinah müdafiəçisi Ruben İranso komandanın dünənki məşqində iştirak etməyiblər.

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.

Mənbə sözügedən futbolçuların güclü qasırğa səbəbindən "yarasalar"ın məşq bazasının yerləşdiyi Paternaya yollana bilməyiblər.

Xatırladaq ki, "Dana" qasırğasının fəsadları üzündən İspaniyada 100-ə yaxın insan həyatını itirib. Ekstremal hava şəraitinə görə İspaniya Kubokunun bir neçə oyunu təxirə salınıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər