“Tvente” bizim üçün tanış rəqibdi. Bildiyiniz kimi, bu komandayla Avroliqanın pley-off mərhələsində oynamışıq”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Vüqar Nadirov deyib.
Nadirov daha sonra əlavə edib: “Zalsburq”la oyunlar artıq geridə qalıb. İndi yalnız “Tvente”ylə matçlar haqda düşünməliyik. Əlbəttə, o vaxtdan bəri Enshede komandası çox dəyişib. Məşqçilər korpusu Hollandiya komandasının indiki vəziyyəti haqda məlumat toplayacaq. Məqsəd Avroliqanın qrupunda oynamaqdı. Bizi çətin oyunlar gözləsə də, bu rəqibi mübarizədən kənarlaşdırmaq istəyirik”.
Xatırladaq ki, "Qarabağ" 2009-cu ilin yayında Enshede təmsilçisi ilə AL-in dördüncü təsnifat mərhələsində üz-üzə gəlmişdi. Səfərdə 1:3 hesabıyla uduzan komandamız evdə qolsuz bərabərliyə razılaşaraq mübarizəni dayandırmışdı. Ağdamlıların Hollandiyada vurduğu yeganə qola Vüqar Nadirov imza atmışdı.
Fanat.az