"Tvente"nin futbolçusu zədələndi

"Tvente"nin futbolçusu zədələndi

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Hollandiyanın "Tvente" klubunun əsas heyət oyunçusu Lük Kastaynos zədələnib. Fanat.az xəbər verir ki, ötən gecə Hollandiya çempionatının 3-cü turu çərçivəsində "NAK Breda" ilə görüşün 50-ci dəqiqəsində əvəzlənən futbolçu qasıq nahiyəsinin arxa hissəsini dartıb.

Kastaynosun zədəsi haqda danışan "Tvente"nin baş məşqçisi Alfred Şröder "Qarabağ"la oyunadək futbolçunun sıraya dönəcəyini bildirib: "Onun ciddi problem yaşamadığını düşünürəm. Sadəcə, zədəsinin şiddətlənməməsi üçün əvəz etdim".

Qeyd edək ki, "Tvente" - "Qarabağ" görüşü avqustun 28-də baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər