"Azərbaycan çempionatını tərk etmək imkanım var idi. Ancaq mən növbəti mövsümdə komandada qalmağı klub prezidentinə vəd vermişdim". Fanat.az xəbər verir ki, bu sözləri "Simurq"un hücumçusu Draqan Çeran deyib.
Serb hücumçu Hollandiya, Danimarka və Yunanıstan klublarından təklif aldığını bildirib: Hollandiyanın “Dordrext”, Danimarkanın “Viborq” və Yunasıtanın “Levadiakos” təklif almışdım. Lakin klub prezidentinə söz verdiyim üçün bu təkliflərdən imtina etdim. Düşünürəm ki, hazırda “Simurq” mənim üçün ən yaxşı variantdı".
Fanat.az