"Simurq"un futbolçusu Belçika klubunda - FOTO

"Simurq"un futbolçusu Belçika klubunda - FOTO
"Simurq"dan ayrılan Benjamin Lambotun yeni iş yeri müəyyələşib. Fanat.az хəbər verir ki, futbolçu karyerasını Belçikada davam etdirəcək.
Belə ki, belçikalı yarımmüdafiəçi “Serkl Brügge” ilə anlaşıb. O, yeni klubu ilə 2 illik müqavilə immzalayıb.
Qeyd edək ki, Lambot 2014-cü ilin yanvarında "Simurq"a transfer olunub. 28 yaşlı yarımmüdafiəçi Zaqatala klubunda 46 oyun keçirib və 1 qol vurub. O, vətənində "Tubize", "Virton", "Antverp" və "Lyerse" klublarında çıхış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər