"Simurq"dan ayrılan Nenad Kisonun yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, bosniyalı futbolçu vətəninə dönüb və "Sloboda" klubu ilə anlaşıb.
25 yaşlı yarımmüdafiəçi komandasının son iki oyununda meydana çıxıb və 158 dəqiqə oynayıb. O, "Vitez"lə oyunda sarı vərəqə alıb.
Qeyd edək ki, Nenad Kiso 2013-2014-cü illərdə "Simurq"da 31 oyun keçirib.
Fanat.az