"Simurq"da polşalı futbolçu

"Simurq"da polşalı futbolçu

"Simurq" bu gün daha bir legioner futbolçu ilə münasibətləri rəsmiləşdirib. Fanat.az xəbər verir ki, polşalı futbolçu Banas Adam Zaqatala klubu ilə rəsmi müqavilə imzalayıb. 

Təcrübəli mərkəz müdafiəçisi mövsümün sonuna qədər "Simurq"un şərəfini qoruyacaq. "3" nömrəli forma ilə mübarizə aparacaq Adamın bundan əvvəlki iş yeri ölkəsinin "Zaqlembe" klubu olub. 

Avstriya toplanışında özünü yaxşı tərəfdən göstərərək məşqçilər korpusunun rəğbətini qazanan polşalı karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq. O, əvvəllər Polşanın "Rux", "Piast" və "Qornik" klublarında top qovub.

Qeyd edək ki, bu artıq "Simurq"un ikinci legioner transferidi. Dünən isə Zaqatala klubu serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviçlə münasibətləri rəsmiləşdirmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər