"Simurq" daha 4 futbolçu ilə yollarını ayırdı

"Simurq" daha 4 futbolçu ilə yollarını ayırdı

Maliyyə problemləri ilə üzləşən "Simurq" daha 4 futbolçu ilə yollarını ayırıb. Bu barədə "Report"a klubun icraçı direktoru Vaqif Əliyev məlumat verib.

Onun sözlərinə görə, gedənlərdən 2-si keniyalı Patrik Osiako ilə xorvatiyalı Stepan Polyakdı. Əliyev legionerlərlə yanaşı, milliləşdirilmiş müdafiəçi Ali Gökdəmir və hücumçu Cihan Özkaranın da Zaqatala təmsilçisinin heyətində forma geyinməyəcəyini bildirib. Qarşıdakı günlərdə daha bir neçə futbolçunun komandadan gedəcəyi istisna deyil.

Qeyd edək ki, daha öncə Benjamin Lambot "Simurq"la yollarını ayırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər