"Simurq"un əvəzedici heyətinin üç futbolçusu "Kəpəz"ə keçib. Fanat.az xəbər verir ki, Zaqatala klubu Sərxan Allahverdiyev, Sərxan Müslümov və Kamran Həsənzadəni Gəncə klubuna icarəyə verib. Onlar ilin sonunadək "Kəpəz"də çıxış edəcək.
Qeyd edək ki, hər üç futbolçu "Simurq"un "Uşaq futbol məktəbi"nin yetirmələridi. Onlar ötən mövsüm U-19 liqasında Zaqatala klubunun uğurları üçün çalışıb.
Fanat.az