"Şərurlu İsfəndiyar" məşhur futbolçumuzu aldatdı

"Şərurlu İsfəndiyar" məşhur futbolçumuzu aldatdı

Azərbaycanın məşhur futbolçusu, hazırda “Sumqayıt”ın baş meneceri olan Ceyhun Sultanov mənzil firildaqçılığı ilə üzləşib. Fanat.az "AzerFax"a istinadən xəbər verir ki, futbolçu 2008-ci ildə özünə mənzil almaq istəyib və bu məqsədlə "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axudova məxsus yeni binalardan birini seçib. 

Talıblı küçəsi 4 ünvanında (Yeni yasamal) yerləşən həmin bina tikilib hazır vəziyyətə gətirilsə də, Sultanov hələ də mənzilini ala bilməyib. Məlumata görə, futbolçu yeni mənzilə görə əvvəlcədən 48 min manat ödəyib. O, ödədiyi vəsaiti də geri ala bilmir.  

Aldadıldığını görən veteran futbolçu məhkəməyə də müraciət edib. İşə Yasamal rayon məhkəməsində baxılıb və Sultanov zərəşəkmiş şəxs kimi tanınaraq onun mənzil almaq məqsədilə 48 minat ödədiyi təsdiq olunub. Məhkəmə futbolçunun xeyrinı müvafiq qərar çıxarsa da, problem bu günə qədər həllini tapmayıb. 

İsfəndiyar Axundovun sahibi olduğu "Şərur" MTK-dan bildirilir ki, onlar Talıblı küçəsi 4 ünvanındakı binanın tikintisini "Olimpus" firmasına həvalə ediblər və Sultanov da vəsaiti məhz həmin firmaya ödəyib. Bu səbədən də "Şərurlu İsfəndiyar" futbolçunun iddiası ilə razılaşmır. 

"Olimpus" firmasının rəhbəri Rauf Qurbanov isə bir müddət əvvəl həbs olunub və orada da dünyasını dəyişib. 

Faktı Sultanovun özü də təsdiqləyib. 

Qeyd edək ki, Ceyhun Sultanov karyerası ərzində "Fərid" (Bakı), "Neftçi", "Dinamo" (Bakı), "Maşınsazi" (Təbriz, İran), "Bakı", "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt" və "Qəbələ" klublarında çıxış edib, milli komandada keçirdiyi 16 oyunda 1 qol vurub. O, 2006-cı ildə Azərbaycan çempionluğunu (Bakı), 2005 (Bakı) və 2008-ci illərdə (Xəzər Lənkəran) ölkə kubokunu, həmçinin "Birlik Kuboku"nu (2008, Xəzər Lənkəran) qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər