AFFA-nın baş katibi Elxan Məmmədov türk futbol mütəxəssisi Samet Aybaba ilə aprelin 17-də keçirilmiş görüş haqda açıqlama verib. Fanat.az xəbər verir ki, baş katib görüşün futbolla bağlı olmadığını deyib:
"Samet Aybaba ilə AFFA rəhbərliyi arasında görüş olub. Ancaq bu, siz düşündüyünüz formada görüş deyildi. Sadəcə, tanışlıq xarakterli görüş idi".
Fanat.az